AZ

Nərmin elçilərinin sayını itirib, sevənlərinə səsləndi -KLİP

Müğənni Nərmin Kərimbəyova "Şirin çay" adlı yeni klipini təqdim edib. 

Redaktor.az xəbər verir ki, gənc yazar Ünal Məmmədova məxsus bəstəni rejissor Xəyal Murtuzov ekranlaşdırıb.

Bir - birindən fərqli obrazlarda kamera önünə keçən ifaçı dinamik tərzi və enerjisi ilə sevənlərinə eşq ismarıcları yollayıb. Nərminin bahalı arzuları yəgin ki, elçilərini dilə gətirəcək.

Kərimbəyova özü də bu layihəsindən olduqca razı qalıb:

"Gənc yazar Ünal Məmmədov ilə 10 ilə yaxın tanışlığımız olsa da, ilk mahnısı idi ki, onu eşidən kimi özümə tam uyğun hesab etdim. Mahnının dinamikası, sözlərindəki pozitiv ismarıcları ruhuma xoş gəldi".

Məlumat üçün onu da qeyd edək ki, bəstənin aranjiman və masterinqi Rasim Əsgərov və Dahina aiddir. Klipdəki 3 obrazın tam şəkildə ərsəyə gəlməsində stilist Babək Qədirovun əvəzolunmaz rolu var. Ekran işində sənətçi 3 yerli brendə məxsus geyimlərdən istifadə edib. Layihənin kreativ direktoru isə Səkinə Mustafayevadır.

 

22222
Seçilən
26
2
redaktor.az

3Mənbələr