AZ

Nazir Xalq artistinin oğluna YÜKSƏK VƏZİFƏ VERDİ: Rütbəsini də artırdı

Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə yeni rəis müavini təyin edilib.

 

Pravda.az "Qafqazinfo"ya istinadla xəbər verir ki, bununla bağlı müdafiə naziri, general-polkovnik Zakir Həsənov Əmr imzalayıb.

 

Nazirin əmri ilə Tural Maniyev idarə rəisinin müavini təyin edilib, ardınca ona polkovnik hərbi rütbəsi verilib.

 

Qeyd edək ki, bir müddətdir qurumun adıçəkilən idarəsinin əməkdaşı kimi çalışan Tural Maniyev mərhum Xalq artisti Muxtar Maniyevin oğludur. O, İkinci Qarabağ Müharibəsi iştirakçısıdır. Maniyevin təyin olunduğu idarənin rəisi polkovnik Anar Eyvazovdur.

 

Nazir

Tarix: 21 Fevral 2026, 12:48   
Seçilən
9
28
pravda.az

10Mənbələr