AZ

Bu vəzifəli şəxsin həbs müddəti uzadıldı

Qaradağ Rayon İcra Hakimiyyəti başçısının aparatının Rayon təsərrüfatı şöbəsinin müdiri vəzifəsini icra edən Qafar Abdullayevin həbs müddəti uzadılıb.

Publika.az Teleqraf-a istinadən xəbər verir ki, Binəqədi Rayon Məhkəməsinin qərarı ilə istintaq orqanının təqdimatı təmin edilib.

Qafar Abdullayevin həbs müddəti mayın 30-a qədər artırılıb.

Qeyd edək ki, bundan əvvəl onun barəsində 3 ay 28 gün müddətinə həbs edilmişdi.

Təqsirləndirilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 32.5, 311.3.1, 311.3.2, 311.3.3 və 313-cü maddələri (rüşvət alma, vəzifə səlahiyyətlərindən sui-istifadə, vəzifə saxtakarlığı və s.) üzrə ittihamlar irəli sürülüb.

Seçilən
3
2
publika.az

4Mənbələr