AZ

Trampdan bütün dünyanı narahat edən qərar: Həmin fərmanı imzaladı

ain.az, Cebheinfo portalına istinadən məlumatı açıqlayır.

ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən gələn idxala 10 %-lik rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.

"Cebheinfo.az" xəbər verir ki, Tramp bununla bağlı "Truth Social"da paylaşım edib.

Tramp paylaşımında "Bütün ölkələrə 10 % qlobal tarif imzaladığım üçün şərəf duyuram" deyə qeyd edib və əlavə edib ki, bu tariflər demək olar ki, dərhal qüvvəyə minəcək.

Ağ Evin yaydığı açıqlamada Trampın müvəqqəti idxal tarifinin tətbiq edilməsi qərarını imzaladığı da təsdiqlənib.Bəyanatda Trampın 1974-cü il Ticarət Qanununun 122-ci maddəsi çərçivəsində səlahiyyətlərindən istifadə etdiyi, bu maddə prezidentə əlavə tariflər və digər xüsusi idxal məhdudiyyətləri vasitəsilə müəyyən əsas beynəlxalq ödəniş məsələlərini həll etmək səlahiyyəti verdiyi bildirilir.

Fərmanda qeyd olunur ki, ABŞ-a idxal edilən məhsullara 24 fevral tarixindən etibarən 150 gün müddətinə 10 % idxal tarifi tətbiq olunacaq.

Bəzi məhsulların müvəqqəti idxal tariflərinə tabe olmayacağını bildirən bəyanatda, vacib minerallar, enerji məhsulları, bəzi kənd təsərrüfatı məhsulları, əczaçılıq məhsulları, müəyyən elektron və avtomobil məhsulları, aerokosmik məhsullar və informasiya materialları kimi bəzi məhsulların tarifdən azad olduğu bildirilir.

Bildirilir ki, ABŞ-Meksika-Kanada Sazişinə uyğun Kanada və Meksika malları və müəyyən Mərkəzi Amerika ölkələrindən olan bəzi tekstil məhsulları da daxil olmaqla, 232-ci bölməyə əsasən məhsullar da istisna edilib.

Sənəddə həmçinin vurğulanır ki, Tramp ABŞ Ticarət Nümayəndəliyinin 301-ci bölməsinə əsasən səlahiyyətlərindən istifadə edərək ölkəyə qarşı əsassız və ayrı-seçkilik xarakterli ticarət proseslərini araşdırmağı tapşırıb.

ABŞ Ali Məhkəməsinin dünənki qərarında göstərilir ki, Tramp tərəfindən tətbiq edilən tariflərin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktı (IEEPA) Prezidentə tarif tətbiq etmək səlahiyyəti vermir.

Nigar

"Cebheinfo.az"

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
20
1
cebheinfo.az

2Mənbələr