AZ

Kiçik flakonda böyük risk: Qramla satılan ətirlərin yaratdığı təhlükə

Azərbaycanda qramla ətir satışı getdikcə populyarlaşır. İstehlakçılar bahalı və brend ətirləri kiçik dozada və büdcələrinə uyğun ala bilirlər. Bu seçim imkanı cazibədar olsa da, məhsulun keyfiyyəti, tərkibi, sağlamlığa təsiri və nəzarət mexanizmləri sual altındadır.

Əvvəl qramla ətir bazarı daha çox metro keçidlərində və elan saytlarında idi. Son illərdə keyfiyyətli və premium modellər də qramla satışa çıxıb. Lakin keyfiyyətli və keyfiyyətsiz ətri ayırd etmək asan deyil. Dünyada da qramla ətir satışı populyardır. Çünki bu üsul həm istehlakçıya sərfəli seçim imkanı verir, həm də test etmək imkanı yaradır. Lakin keyfiyyət və təhlükəsizlik məsələlərinə diqqət etmək vacibdir.

Qramla ətirlər neçəyə satılır?

Azərbaycan ətir bazarında qramla ətirlər 50 qəpikdən başlayaraq 10 AZN-ə qədər satılır. Qiymət əsasən satıcının seçiminə, məhsulun markasına və keyfiyyətinə bağlıdır. Elanların əksəriyyəti brend ətirlərin qramla satışı kimi təqdim olunur. İddia edilir ki, bu ətirlərin qalıcılığı paltarda üç gün, bədəndə isə bir gündür.

Qiymətə gəldikdə isə, 10 ml-lik ətirlər 5 AZN, 20 ml-lik ətirlər 10 AZN, 50 ml-lik ətirlər isə 20 AZN-dən təklif olunur. Bazarda 2-3 günədək qalıcı olan 50 ml-lik ətirləri 12-14 AZN-ə təklif edənlər də mövcuddur. Yəni, bazarda istədiyiniz qiymət aralığında ətir tapmaq mümkündür.

Seçilən
14
publika.az

1Mənbələr