AZ

Dövlət başçısının təhlükəsizliyi siyasi mbarizə predmeti deyil-VİDEO


"Vaşinqtonda Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti İlham Əluyevin qaldığı məkana basqın olunması, qanunsuz hərəkətlərin baş verməsinə həm de-yure, həm də de-fakto qiymət verilməlidir. Hüquq de-yuredən başlayır. Bu səbəbdən də məsələyə hüquqi aspektdən yanaşmaq istəyirəm. İlham Əliyevin Vaşinqton kontekstində təhlükəsizlik və azadlıq arasında hüquqi balans qorunmalıdır".

Newscenter.az xəbər verir ki, bunları “Magen David Azərbaycan” İnsan Hüquqları və Xeyriyyə Cəmiyyətinin rəhbəri, Ümummiisrail Qafqaz Yəhudilərinin Qafqaz üzrə nümayəndəsi, Beynəlxalq hüquq müdafiəçisi David Seliverstov deyib. O bildirib ki, dövlət başçısının təhlükəsizliyi hər hansı bir şəxsin fiziki mühafizəsi ilə məhdudlaşdırılmır:

"Bu məsələ dövlətin suverenliyi, konstitusiyanın sistemi və siyasi sabitliyin qorunması ilə birbaşa bağlıdır. Eyni zamanda müasir hüquqi dövlət anlayışı ifadə azadlığı və dinc toplaşmaq hüququnu fundamentaıl dəyər kimi qəbul edir. Məhz bu iki prinsipin toqquşduğu nöqtədə hüquqi balans mexanizmi rolunu oynayır. Azərbaycan və ABŞ modelləri müqayisəli şəkildə təhlil olunur və Prezident İlham Əliyevin mühafizəsi xidmətinin fəaliyyəti hüquqi əsaslarla izah edilir. Azərbaycan Respublikasının hüquqi yanaşması ölkə konstitusiyasını, Prezident İnstitutunun, dövlət hakimiyyətinin ali təmsilçisi kimi müəyyən edir. Bu status formal xarakter daşımır. Dövlət başçısının təhlükəsizliyi dövlətin sabitliyinin ayrılmaz hissəsi sayılır. Hüquqi məntiq sadədir. Ali hakimiyyət orqanına yönəlmiş təhlükə dolayısıyla dövlətçiliyə yönəlmiş təhlükədir. Dövlət mühafizəsi haqqında qanun isə bu konstitusion yanaşmanı konkret mexanizmə çevirir. Qanunla mühafizə orqanlarına yalnız baş vermiş təhlükəyə reaksiya vermək deyil, ehtimal olunan riskləri qabaqlamaq səlahiyyəti də verilir. Burada əsas prinsip priventiv təhıükəsizlikdir. Dövlət başçısının mühafizəsində gecikmiş reaksiya hüquqi baxımdan qəbul edilə bilməz. Eyni zamanda praktiki və nəzəri baxımından gecikmiş reaksiya dövlət başçısının təhlükəsizliyinə qeyri-peşəkar davranış kimi də qəbul edilə bilər. Ancaq əgər mühafizə xidməti təhlükə predmetləri müəyyən edirsə, risk yarada biləcək şəxsləri məsafədə saxlayırsa, ehtimal olunan təhlükəni neytrallaşdırmaq üçün qabaqlayıcı addımlar atırsa, bu qanunun verdiyi səlahiyyət çərçivəsində həyata keçirilmiş tədbir sayılır".

David Seliverstov qeyd edib ki, Vaşinqton modeli azadlıq və təhlükəsizlik paralelliyidir. Onun sözlərinə görə, ABŞ hüquq sistemi ifadə azadlığını geniş formada qoruyur:

"Konstitusiyanın birinci düzəlişi dinc etiraz hüququnu təmin edir. Bu səbəbdən prezidentin olduğu məkana yaxın ərazilərdə plakatlarla etiraz edilməsi prinsip etibarilə qanunidir. Lakin bu hüquq məhdudiyyətsiz deyil. ABŞ-da prezident təhlükəsizliyinə cavabdeh olan qurum “United States Secret Service” həyata keçirir. Qorunan zonalar müəyyən edir və həmin zonaların pozulmasına qarşı dərhal müdaxilə edir. “Time, place, manner” prinsipləri tətbiq olunur. Etiraz etmək olar, ancaq qorunan əraziyə daxil olmaq, yəni təhlükəsizlik xəttini keçmək və ya risk yaradan davranış nümayiş etdirmək hüquqi məsuliyyət yaradır".

David Seliverstov bildirib ki, dövlət başçısının təhıükəsizliyi prioritetdir, qabaqlayıcı tədbirlər hüquqi əsaslarla tənzimlənir. Onun sözlərinə görə, dövlət başçısının təhlükəsizliyi siyasi mbarizə predmeti deyil:

"Bu, hüququn tələbidir. Hüquq isə təhlükəni gözləmək deyil, onu vaxtında aradan qaldırmağı tələb edir".

Hüquq eksperti qeyd edib ki, azadlıq, istefa qışqıran, "siyasi məhbus"lara azadlıq istəyən şəxslər 44 günlük Qarabağ savaşında və ondan əvvəl 30 ildə hansı bir ölkədə plakat götürüb "Qarabağa azadlıq" şüarı deyirdilər? Xocalı faciəsi ilə bağlı hansı bir tədbir keçirib haqq səsi qaldırıblar? Mən xatırlamıram".
]

Süleyman
Seçilən
2
1
newscenter.az

2Mənbələr