AZ

Qafar Abdullayevin həbs müddəti uzadıldı

Lent az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Qaradağ rayon təsərrüfat şöbəsinin keçmiş baş məsləhətçisi Qafar Abdullayevin həbs müddəti uzadılıb.

Lent.az-ın əldə etdiyi məlumata görə, bu barədə Binəqədi rayon Məhkəməsində qərar qəbul edilib.

Qərara əsasən, Q. Abdullayev mayın 30-dək həbsdə qalacaq. Qaradağ rayon icra başçısının keçmiş müavini Nadir Muradov və Əmlak Məsələləri Dövlət Xidmətinin Dövlət Əmlakının idarə edilməsi və səmərəli istifadəsinə nəzarət şöbəsinin rəis müavini Zülfüqar Mansurovun həbs qətimkan tədbirinin uzadılmasına isə gələn həftə baxılacaq.

Qeyd edək ki, hər üç şəxs 2025-ci ilin noyabr ayında saxlanılıblar. Onlara qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2 və 311.3.3-cü (qabaqcadan əlbir olan bir qrup şəxs halında təkrarən və külli miqdarda rüşvət alma) maddələri ilə ittiham elan edilib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
12
lent.az

1Mənbələr