AZ

Azərbaycan və Özbəkistan arasında investisiya portfelinin həcmi açıqlandı (ÖZƏL)

Bakı. Trend:

Özbəkistan və Azərbaycan arasındakı mövcud investisiya portfeliümumilikdə 3,4 milyard dollar məbləğində 30-a yaxın layihəni ehtivaedir.

Bunu Özbəkistanın Azərbaycandakı səfirinin ticari-iqtisadiməsələlər üzrə müşaviri Sancar Mahmudov Bakıda keçirilən“Özbəkistan-Azərbaycan: müttəfiqlik qarşılıqlı fəaliyyətininarxitekturası” mövzusuna həsr olunan dəyirmi masa çərçivəsindəTrend-ə açıqlamasındabildirib.

“Biz təxminən 10 milyard dollar həcmində yeni layihələrpaketinin formalaşdırılmasında əhəmiyyətli irəliləyiş əldə etmişik.Hazırda layihə razılaşdırılma mərhələsindədir”, – deyə o qeydedib.

Sancar Mahmudovun sözlərinə görə, gələcək paket iqtisadiyyatınvə sənaye kooperasiyasının demək olar ki, bütün sahələri ilə bağlıgeniş spektrı əhatə edəcək.

“Biz Azərbaycana tekstil məhsullarının ixracını genişləndirməkistəyirik. Bu il ixrac həcmini 50 milyon dollara çatdırmağıplanlaşdırırıq. Ötən il isə tədarükün həcmi təxminən 30 milyondollar təşkil edib”, – deyə o bildirib.

Bundan əlavə, diplomat kənd təsərrüfatı məhsulları üzrə yeniticarət evinin açılması planları barədə də məlumat verib. Həminməkanda özbək istehsalçılarının məhsulları təqdim olunacaq.

“Bir başqa layihə Ağdamda tikinti materialları üzrə ticarətevinin yaradılması ilə bağlıdır”, – deyə Sancar Mahmudov əlavəedib.

O vurğulayıb ki, ilkin mərhələdə ticarət evində mebel, elektrikavadanlıqları və tikinti materialları təqdim ediləcək, sonrakımərhələdə isə həmin platformada sənaye kooperasiyasının inkişafınəzərdə tutulur.

Nəqliyyat istiqamətindən danışan müşavir Xəzərdə öz nəqliyyatinfrastrukturunun formalaşdırılmasının strateji vəzifə olduğunuqeyd edib.

“Əsas hədəfimiz Xəzər dənizində fəaliyyət göstərəcək özgəmimizin olmasıdır. Mümkün satınalma məsələsi ilə bağlı BakıGəmiqayırma Zavodu ilə fəal əməkdaşlıq edirik”, – deyə obildirib.

Onun sözlərinə görə, yaxın bir-iki il ərzində özbək donanmasınınfəaliyyətə başlaması yükdaşımaların genişlənməsinə və hər ikiölkənin tranzit potensialının gücləndirilməsinə ciddi təkan verəbilər.

“Hazırda layihə yekun işlənmə mərhələsindədir”, – deyə SancarMahmudov yekunlaşdırıb.

Seçilən
18
1
az.trend.az

2Mənbələr