AZ

Ukraynada seçkilərin mümkün vaxtı açıqlandı “Prezident və parlament seçkisi eyni gündə keçirilməyəcək”

ain.az xəbər verir, Azpolitika.az saytına əsaslanaraq.

Ukrayna müharibə və hərbi vəziyyət davam etsə belə, seçki keçirməyə hazırlaşır.

“AzPolitika” xəbər verir ki, bu barədə "Insider" nəşri məlumat yayıb.

Nəşrin Ali Radadakı mənbələrinə görə, Ukraynada prezident seçkilər 2026-cı ilin payızında, parlament seçkiləri isə 2027-ci ilin yazında keçirilə bilər. Qeyd edək ki, bundan öncə Qərb mətbuatı Ukraynada seçklərin yaya qədər keçiriləcəyini və seçki ilə referendumun bir gündə baş tutacağını yazmışdı.

Nəşr qeyd edir ki, parlament üzvləri seçkilərə hazırlıqları gücləndiriblər. Bəzi partiya liderləri artıq öz regional şöbələrinə prezident seçkilərinin 2026-cı ilin payızında, parlament seçkilərinin isə 2027-ci ilin yazında keçiriləcəyini bildiriblər. Parlament üzvləri yerlərini qorumağın yollarını axtarırlar. Bəziləri öz siyasi layihələri üzərində işləyir, digərləri isə başqa siyasi komandalara transferləri müzakirə edirlər.

Xatırladaq ki, 24 fevral 2022-ci ildə elan edilən və davamlı olaraq uzadılan hərbi vəziyyət səbəbindən Ukraynada nə parlament, nə də prezident seçkiləri keçirilməyib. Parlament seçkiləri 2023-cü ilin oktyabr ayının sonlarında, prezident seçkiləri isə 2024-cü ilin martında keçirilməli idi.

Volodimir Zelenskinin prezidentlik müddəti rəsmi olaraq 20 may 2024-cü ildə başa çatıb. Zelenski dəfələrlə prezident seçkiləri keçirməyə hazır olduğunu bildirib, lakin onun sözlərinə görə, bunun üçün hərbçilərin də səs verə bilməsindən ötrü qanunvericilik dəyişiklikləri və təhlükəsizlik tədbirləri tələb olunur.

Rusiya Kiyevin seçki üçün 60 günlük atəşkəs təklifini rədd edib və yalnız 1 günlük atəşkəsə razı olub.

“AzPolitika.info”  

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
14
azpolitika.info

1Mənbələr