AZ

Matça doğru: “Karvan-Yevlax” və “Araz Naxçıvan”da itkilər var 

Azərbaycan Premyer Liqasının XXI turunda “Karvan-Yevlax” doğma meydanda “Araz-Naxçıvan”ı qəbul edəcək.

İdmanxeber.az-ın məlumatına görə, hər iki komanda da görüşə itkilərlə çıxacaq. Ev sahibinin heyətində Araz Abdullayevlə Əli Abdullayev bugünkü matçda forma geyinə bilməyəcək.

Naxçıvan klubunda idə Urfan Abbasov və Vanderson Melo zədə səbəbindən oyunda çıxış etməyəcək.

Xatırladaq ki, qarşılaşma bu gün saat 14:30-da start götürəcək.

Seçilən
26
idmanxeber.az

1Mənbələr