AZ

Azərbaycanda bir gündə 126 nəfər saxlanıldı

Fevralın 20-də ölkə ərazisində qeydə alınan 72 cinayətin, həmçinin əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.

Bu barədə NOCOMMENT.az-a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, axtarışda olduğuna görə ümumilikdə 126 nəfər saxlanılıb. Onlardan 100-ü borclu şəxs qismində axtarışda olan şəxslərdir və saxlanılanlar aidiyyəti üzrə təhvil veriliblər.

Hesabat dövründə narkotiklərlə əlaqəli 39 fakt aşkarlanıb. Bundan əlavə, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 21 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 63 nəfər də polis əməkdaşları tərəfindən saxlanılıb.

Seçilən
23
11
nocomment.az

10Mənbələr