AZ

"MOL Group" 2025-ci ildə AÇG-də neft hasilatını artırıb

Bakı. Trend:

Macarıstanın “MOL Group” şirkətinin Azərbaycanın“Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar bloku üzrə xam neft hasilatı2025-ci ilin dördüncü rübündə günə 15,200 barel neft ekvivalenti(boepd) səviyyəsinə yüksəlib ki, bu da 2024-cü ilin dördüncürübündəki 13, 100 boepd göstəricisi ilə müqayisədə 16 faizçoxdur.

Trend bu barədəşirkətin son məlumatlarına istinadən xəbər verir.

2025-ci ilin üçüncü rübü ilə müqayisədə (həmin vaxt hasilat13,200 boepd təşkil edib) dördüncü rübdə bu göstərici 15,2 faizartıb.

2025-ci ilin yekunlarına görə, hasilat günə 13,400 boepd təşkiledib. Bu göstərici əvvəlki ilin 12 700 boepd səviyyəsi iləmüqayisədə 5,5 faiz artım anlamına gəlir.

bp şirkətinin məlumatına əsasən, 1997-ci ilin noyabrındakommersiya işlənməsinə başlanıldığı vaxtdan 2025-ci ilin sonunadəkAÇG yataqlar blokundan ümumilikdə təxminən 4,6 milyard barel nefthasil olunub.

Həmin dövrdə 61 milyard kubmetr səmt qazı ixrac edilib.

2025-ci ildə orta illik hasilat günə təxminən 330 000 barel(təxminən 120 milyon barel və ya 16 milyon ton) təşkil edib.Platformalar üzrə göstəricilər belə olub: “Çıraq” – günə 21 000barrel, “Mərkəzi Azəri” – günə 90 000 barrel, “Qərbi Azəri” – günə76 000 barrel, “Şərqi Azəri” – günə 43 000 barrel, “Dərin SuluGünəşli” – günə 51 000 barrel, “Qərbi Çıraq” – günə 24 000 barrelvə “Mərkəzi Şərqi Azəri” (ACE) – günə 25 000 barrel.

“BP Exploration (Caspian Sea) Limited” AÇG üzrə Məhsulun PayBölgüsü Sazişi (PSA) iştirakçıları adından operator qismində çıxışedir.

AÇG layihəsində iştirak payları aşağıdakı kimidir:

bp – 30,37%, SOCAR – 31,65%, MOL – 9,57%, INPEX – 9,31%,ExxonMobil – 6,79%, TPAO – 5,73%, ITOCHU – 3,65%, ONGC Videsh –2,92%.

Məqalədə:
Seçilən
13
1
az.trend.az

2Mənbələr