AZ

Gənc vinger İspaniya nəhəngində - Müqavilə bağlamağa yollanır

İngiltərənin "Norviç Siti" klubunun 16 yaşlı sol cinah hücumçusu Acay Tavares karyerasını İspaniya nəhəngində davam etdirəcək.

Fanat.Az xəbər verir ki, informasiyanı "Sport.es" yayıb.

Məlumata görə, ingiltərəli forvard "Barselona" ilə razılığa gəlib. Mənbə Tavaresin bu həftə Kataloniyaya yollanaraq tibbi müayinədən keçəcəyini və "blauqrana" ilə müqavilə bağlayacağını vurğulayıb. 

Sözügedən oyunçu "Norviç Siti"nin əsas komandasında rəsmi oyuna çıxmayıb. O, İngiltərənin U-17 millisində 4 qarşılaşmada iştirak etsə də, məhsuldar göstəricilərlə yadda qalmayıb.

Nihat

Seçilən
7
fanat.az

1Mənbələr