AZ

2025 ci ildə əcnəbilərə verilən iş icazələrinin sayı məlum olub

Modern.az saytına istinadən ain.az xəbər verir.

2025-ci ilin sonuna ölkə ərazisində haqqı ödənilən əmək fəaliyyəti ilə məşğul olmaq üçün verilmiş və müddəti uzadılmış iş icazələrindən qüvvədə olanlara malik olan əcnəbilərin və vətəndaşlığı olmayan şəxslərin sayı 7990 nəfər olub.Modern.az xəbər verir ki, bu barədə məlumat Dövlət Statistika Komitəsinin yanvar-dekabr ayında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini əks etdirən nəşrdə öz əksini tapıb.Belə ki, onlardan 34,3 faizi tikintidə, 10,0 faizi mədənçıxarma sənayesində, 8,9 faizi emal sənayesində, 7,6 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 5,7 faizi təhsil, 5,6 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri və 27,9 faizi digər sahələrdə məşğul olmaq üçün iş icazələrinə malik olublar.2025-ci ilin ilkin məlumatlara əsasən, bir işçiyə düşən orta aylıq işlənmiş iş saatlarının miqdarı isə 149,5 saat təşkil edib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
modern.az

1Mənbələr