AZ

Neymar: "Əsas məqsədim dünya çempionatını qazanmaqdır"

style='margin-bottom:10px;'>

Braziliya millisinin və "Santos"un hücumçusu Neymar qarşıdan gələn DÇ-2026 haqda danışıb.

QOL.az "Globo"ya istinadən xəbər verir ki, 34 yaşlı forvard deyib: 

"Həmişə demişəm ki, Braziliya millisində oynamaq bir şərəfdir. Uzun müddət milli komandanın bir hissəsi olduğum üçün qürur duyuram.

Məqsədim Braziliya ilə dünya kubokunu qazanmaqdır. Yayda dünya çempionatına getmək üçün əlimdən gələni edəcəyəm. Bu məsələdə çox şey məndən asılıdır, amma unutmamalısan ki, seçimi məşqçi edir.

Dünya kubokuna qədər hələ çox vaxt var. Zədəm olmasa, ən yaxşı formasıma qayıda bilərəm".

Seçilən
24
2
teleqraf.com

3Mənbələr