AZ

Ukraynadan Rusiyaya şok zərbə: Oreşnik istehsal edən zavod vuruldu

Ukrayna Rusiyanın Udmurtiya bölgəsində mühüm zavoda zərbə endirib.

söhbət Votkinsk şəhəri yaxınlığında yerləşən hərbi zavoddan gedir.

Udmurtiya qubernatoru Aleksandr Breçalovun sözlərinə görə, bölgədəki obyektlərdən birinə Ukrayna dronları hücum edib, zərər və tələfat var: “Respublikadakı obyektlərdən birinə dronlar hücum edib. Əməliyyat məlumatlarına görə, zərər və tələfat var. Hər kəs lazımi yardım alır”.

Qubernatorun açıqlamasından sonra Rusiya Telegram kanalları vurulan obyektin Rusiya Müdafiə Nazirliyinə məxsus olan, İsgəndər-M, Topol-M və Oreshnik raketləri istehsal edən Votkinsk zavodu olduğunu açıqlayıblar. Bildirilir ki, bu strateji müəssisəsi ABŞ və Avropa İttifaqının sanksiyaları altındadır.  Zavod aşağıdakılar da daxil olmaqla raket sistemlərinin istehsalında ixtisaslaşıb:

İsgəndər-M qısa mənzilli ballistik raketlər.

Topol-M qitələrarası ballistik raketlər.

Oreshnik orta mənzilli ballistik raketlər.

Astra və OSINT analitikləri zavodun 22 və 36 nömrəli sexlərinə ziyan dəydiyini bildiriblər. Sosial şəbəkələrə yerləşdirilən kadrlardan zavodda güclü yanğının olduğu görünür.

Rəsmi Rusiya mənbələri ənənəvi olaraq PUA hücumu barədə məlumat versə də, Ukrayna mənbələri fərqli bir versiya irəli sürürlər. Fire Point-in həmtəsisçisi Denis Ştilerman, FP-5 Flamingo qanadlı raketinin buraxılışlarının videosunu “Kontekst yoxdur. Kontekst sonra” başlığı ilə paylaşıb. Kiberboroşno layihəsinin ukraynalı analitikləri Votkinsk zavoduna hücumun dronlar tərəfindən deyil, bu raketlər tərəfindən həyata keçirilə biləcəyini irəli sürürlər. Votkinskdən Ukrayna sərhədinə qədər olan məsafə təxminən 1400 kilometrdir.

Musavat.com

Seçilən
11
editor.az

1Mənbələr