“Neftçi” gənc futbolçu Murad Məmmədovla müqavilə uzatmaq niyyətindədir.
İdmanxeber.az-a verilən məlumata görə, rəhbərlik artıq oyunçuya yeni sözləşmə təklif edib. Hələlik Məmmədov bu təklifə müsbət cavab verməyib.
U-21 millimizin üzvü karyerasını ölkəxaricində davam etmək istəyir. O, Avropada oynamaq niyyətindədir.
Bununla yanaşı, oyunçunun “ağ-qaralar”dan maaş gözlətisi də yüksəkdir. O, hazırkı əmək haqqısından xeyli artığını tələb edib.
19 yaşlı yarımmüdafiəçi cari mövsüm “Neftçi” forması ilə 12 oyunda iştirak edib və bir qol vurub, eyni sayda assist edib.