ain.az bildirir, Axar.az saytına əsaslanaraq.
ABŞ Prezidenti Donald Tramp bütün ölkələrdən gələn idxala 10%-lik rüsumların tətbiqini nəzərdə tutan fərman imzaladığını bəyan edib.
Axar.az xəbər verir ki, o bununla bağlı "Truth Social" hesabında paylaşım edib.
Onun sözlərinə görə, bu rüsum 3 gündən sonra qüvvəyə minməlidir.
Ağ Ev rəhbəri vurğulayıb ki, bu zaman "milli təhlükəsizlik"lə bağlı tarifləri qüvvədə saxlayacaq.
Qeyd edək ki, bundan əvvəl Tramp ABŞ Ali Məhkəməsinin prezident administrasiyası tərəfindən idxal rüsumları mexanizminin tətbiqinə qarşı çıxardığı qərar fonunda ölkəyə gələn bütün idxala 10% həcmində rüsum tətbiq edəcəyini bildirmişdi.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.