AZ

Karlson: “Təyyarəmi İran dronu sayacaqlarından qorxurdum” | VİDEO

AzVision.az İsrail mediasına istinadən xəbər verir ki, karlsonun sözlərinə görə, uçuşdan əvvəltəyyarəsinin “İran pilotsuz təyyarəsi” ilə səhv salına biləcəyindən ehtiyat edərək İsrail hərbçilərinin onun uçuşu barədə əvvəlcədən məlumat almalarını istəyib.

Həmçinin İsraili“yəqin ki, dünyanın ən aqressiv ölkəsi”adlandıran telejurnalist 1967-ci ildə Altı Günlük Müharibə zamanı İsrail qüvvələri tərəfindən hücuma məruz qalan Amerikanın “Liberty” gəmisi ilə bağlı hadisəni xatırladıb.

Xatırladaq ki, iki gün əvvəl Taker Karlson İsrailin Ben-Qurion hava limanında alçaldıcı rəftara məruz qaldığını iddia etdikdən sonra qalmaqal yaranıb.Lakin dərc olunmuş video-kamera görüntüləri onun hadisələrlə bağlı versiyasını təsdiqləmir.

Karlson-İsrail qalmaqalı böyüyür
İsrailə səfəri zamanı jurnalist ABŞ-nin bu ölkədəki səfiri Mayk Hakabidən müsahibə alıb. Karlsonsəfirdən “Nildən Fərat çayına qədər torpaq” vədi və bu kontekstdə müasir İsrailin bütün bölgəyə haqqı olub-olmadığını soruşub. Amerikalı diplomatbu suala “Hamısını ələ keçirsəydilər, yaxşı olardı” cavabını verib.

Bu baxımdan, ABŞ-nin İsraildəki səfiri Mayk Hakabinin Taker Karsonla müsahibəsində bəzi açıqlamalar çox maraqlıdır.

- Bilirsiniz, İsrail nə edir? Onlar Qəzzada hər bir mobil telefona peycerlər və SMS bildirişləri göndərərək deyirlər ki, “Biz bu konkret hədəfi vuracağıq”. Vərəqələr atır və hara hücum edəcəklərini açıq şəkildə bildirirlər. Bunu heç kim, ABŞ da etmir. İsrail bunu mülki itkilərin qarşısını almaq üçün edir.

- Əgər İsrail Qəzzada bütün uşaqları öldürmək istəsəydi, bunu etmək üçün hərbi qabiliyyəti var. Bunu bir gündən az müddətdə edə bilərdi.

- İsrailin baş naziri Binyamin Netanyahu İranla müharibə istəmir.




Sahil İsgəndərov
AzVision.az

Seçilən
14
1
azvision.az

2Mənbələr