AZ

Rusiyada PUA-ların hücumu zamanı 11 nəfər yaralanıb

Rusiyada pilotsuz uçuş aparatlarının (PUA) Udmurtiyaya endirdiyi zərbələr nəticəsində 11 nəfər xəsarət alıb.

"Report"un "İnterfaks"a istinadən verdiyi məlumata görə, bunu regionun səhiyyə naziri Sergey Baqin telegram kanalında yazıb.

O qeyd edib ki, 3 nəfər xəstəxanaya yerləşdirilib: "İki xəstənin vəziyyəti orta ağırdır, birinin isə ağırdır. Daha 8 zərərçəkən ambulator müşahidəyə buraxılıb", - Baqin bildirib.

Daha əvvəl Udmurtiya başçısı Aleksandr Breçalov respublikanın obyektlərindən birinin PUA-ların hücumuna məruz qaldığını, yaralıların olduğunu bildirib.

Seçilən
15
3
far.az

4Mənbələr