AZ

Diz ağrılarından birdəfəlik qurtulmağın sadə yolu

Müasir dövrdə hərəkətsiz həyat tərzi dizlərdə maye azalması və kirəcləşmə kimi problemləri artırıb. Pilləkən çıxarkən çətinlik çəkənlər və oynaqlardan gələn səslərdən şikayət edənlər üçün təbii vasitə hazırlamaq mümkündür. Mətbəxdə olan iki sadə məhsul bədəndə kollagen istehsalını artıraraq iltihabı aradan qaldırır.

Demokrat.az xəbər verir ki, dizlərdəki maye itkisi ilə mübarizədə bamya toxumu və sızma zeytun yağı effektiv vasitə hesab olunur. Bamya toxumu tərkibindəki maddələr sayəsində oynaqlar arasındakı sürtünməni azaldır. Zeytun yağı ilə birləşdikdə isə bu toxumun tərkibindəki vitaminlər bədən tərəfindən daha sürətlə mənimsənilir. Bu da diz qapaqlarındakı qurumanı dayandırmağa kömək edir.

Mütəxəssislər bamya toxumundakı K vitamini və maqneziumun sümük quruluşunu möhkəmləndirdiyini bildirirlər. Zeytun yağı isə təbii ağrıkəsici funksiyasını yerinə yetirərək qığırdaq toxumasının zədələnməsinin qarşısını alır. Bu təbii üsul oynaqlarda toplanan zərərli maddələrin kənarlaşdırılmasına şərait yaradır.

Qarışığı hazırlamaq üçün 15 ədəd bamya toxumunu toz halına salıb üzərinə 3 xörək qaşığı zeytun yağı əlavə etmək kifayətdir. Bir gecə saxlanılan bu məlhəmi hər səhər acqarına bir çay qaşığı miqdarında qəbul etmək olar. Kursun təsirli olması üçün 21 gün mütəmadi istifadəsi vacibdir. Adətən ikinci həftədən etibarən dizlərdəki səslərin və kəskin ağrıların azaldığı müşahidə edilir.

Aytən


Seçilən
18
azia.az

1Mənbələr