AZ

Bu şərtlə Ukrayna 90 milyardı ala bilər Siyarto

Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Ukrayna hökuməti Brüssel və Macarıstan müxalifəti ilə əlbir olaraq “Drujba” neft kəmərini bağlamaqla Macarıstanı şantaj edir.

Axar.az xəbər verir ki, bunu Macarıstan xarici işlər naziri Peter Siyarto deyib.

Siyarto iddia edib ki, bu, seçkilərdən əvvəl neft tədarükünü pozmaq və benzinin qiymətini qaldırmaq üçün edilir:

“Lakin biz bu şantajla təslim olmayacağıq, Ukraynanın müharibəsini dəstəkləməyəcəyik".

O vurğulayıb ki, Ukrayna Avropa Birliyi ilə Assosiasiya Sazişini pozub və məhz buna görə də Macarıstan 90 milyard avroluq krediti bloklayır:

"Ukrayna “Drujba” boru kəmərini bağladığı müddətcə və Macarıstana neft tədarükünü bərpa edənə qədər 90 milyard avroluq krediti əldə edə bilməyəcək”.

Qeyd edək ki, daha öncə Macarıstanın 90 milyardlıq krediti blokladığına dair xəbər yayılıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
12
axar.az

1Mənbələr