AZ

Zelenski: Ukrayna əsgərləri cənubda irəliləyir

Ukrayna hərbçiləri 300 kvadratkilometr ərazini azad etməyi bacarıblar. Bu, cəbhənin cənub bölgəsində baş verib.

Xezerxeber.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Frans-Pres Agentliyinə (AFP) verdiyi müsahibədə bildirib.

Prezident qeyd edib ki, Ukrayna əsgərləri cənubda irəliləyir.

“Təfərrüata varmayacam, amma bu gün ilk növbədə ordumuzu - bütün müdafiə qüvvələrini - təbrik edə bilərəm, çünki bu günə qədər 300 kvadrat kilometr ərazi azad edilib”, deyə Prezident qeyd edib.

Zelenski Ukrayna əsgərlərinin bu uğura hansı dövrdə nail olduqlarını dəqiq açıqlamayıb.

Dövlət başçısı bildirib ki, Ukrayna Rusiyanın “Starlink” terminallarının bağlanmasından yararlanır. Bununla belə, Ukrayna müdafiəçiləri də xidmətdə fasilələrlə üzləşiblər.

Seçilən
9
5
xezerxeber.az

7Mənbələr