AZ

Xəzər Universiteti ilə Panamerikana Universiteti arasında anlaşma memorandumu imzalanıb

Azertag saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Mexiko, 21 fevral, AZƏRTAC

Panamerikana Universitetinin (Universidad Panamericana) “Aguascalientes” kampusu ilə Xəzər Universiteti arasında akademik əməkdaşlığın gücləndirilməsi məqsədilə anlaşma memorandumu imzalanıb.

AZƏRTAC xəbər verir ki, Meksika administrasiyasının “Gobierno de México” (gob.mx) rəsmi portalında bu barədə məlumat dərc olunub. Məlumatda bildirilir ki, sənədin təqdimatı onlayn formatda keçirilib. Tədbirdə Xəzər Universitetinin rektoru, professor Raziyə İsayeva, Panamerikana Universitetinin beynəlxalq əlaqələr üzrə direktoru, həmçinin Meksika və Azərbaycan səfirliklərinin nümayəndələri və Azərbaycan Xarici İşlər Nazirliyinin rəsmisi iştirak ediblər.

Memorandum hər iki ali təhsil müəssisəsinin tədris proqramlarının beynəlmiləlləşdirilməsini təşviq edən əməkdaşlıq çərçivəsini müəyyən edir. Sənədə əsasən, təhsil, peşəkar və mədəniyyətlərarası sahələrdə birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur. Planlaşdırılan təşəbbüslər sırasında tələbə mübadilə proqramları, akademik və inzibati heyət üçün mobillik imkanları, birgə elmi-tədqiqat layihələri, ikili və ya birgə diplom proqramları, yay məktəbləri, konfrans və seminarların təşkili yer alır.

Razılaşma 2026–2027-ci tədris ilindən etibarən beş akademik dövr müddətində qüvvədə olacaq.

Sənədin Meksika ilə Azərbaycan arasında təhsil sahəsində daha geniş və davamlı tərəfdaşlıq çərçivəsinin formalaşmasına töhfə verəcəyi bildirilir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
azertag.az

2Mənbələr