AZ

ABŞ İordaniyaya onlarla hərbi təyyarə yerləşdirir NYT

ain.az bildirir, Bizimyol portalına istinadən.

ABŞ İordaniyadakı Müvəffəq Salti Hava Bazasına 60-dan çox hərbi təyyarə yerləşdirib.

Bizimyol.info xəbər verir ki, bu barədə "The New York Times" (NYT) peyk görüntüləri və uçuş məlumatlarına əsasən məlumat verib.

"Bu, adətən orada yerləşən təyyarələrin sayından təxminən üç dəfə çoxdur. Bəzi təyyarələr həmçinin anqarlarda saxlanıla bilər" - deyə qəzet qeyd edir.

Qəzetin məlumatına görə, bazar günündən bəri bazaya ən azı 68 nəqliyyat təyyarəsi eniş edib. Bazada müşahidə edilən avadanlıqlar arasında beşinci nəsil "F-35" qırıcı təyyarələri, dronlar və helikopterlər də var idi.

"The New York Times"ın məlumatına görə, hərbi mövcudluğun bu qədər artması ABŞ-ın Müvəffəq Salti Hava Bazasını "İrana qarşı mümkün hücumların planlaşdırılması üçün əsas mərkəz" hesab etdiyini göstərə bilər.

Daha əvvəl İordaniya Baş nazirinin müavini və xarici işlər naziri Ayman əs-Səfadi ölkəsinin İrana qarşı hərbi əməliyyatlar üçün tramplin olmayacağını bildirmişdi.

Qadir, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
5
icma.az

6Mənbələr