AZ

ABŞ hərbi gəmilərinin dörddə birini Yaxın Şərqə yönəltdi

ABŞ bütün dünyada yerləşdirilmiş hərbi gəmilərinin təxminən dörddə birini Yaxın Şərq regionuna göndərib.

Publika.az xəbər verir ki, bu barədə "Politico" nəşri məlumat yayıb.

Bildirilir ki, hazırda regionda ABŞ-nin 17 hərbi gəmisi yerləşir ki, bu da dünya üzrə yerləşdirilmiş təxminən 68 gəminin 25 faizinə bərabərdir.

Məlumata görə, bütün hərbi qüvvələrin regionda yerləşdirilməsi martın ortalarınadək başa çatacaq. İrana hücumun da məhz həmin tarixdə baş tuta biləcəyi ehtimal olunur.

Seçilən
11
publika.az

1Mənbələr