AZ

Santexniklərin sirri kimi saxladığı çarə Hamamdakı üfunət qoxusunu anında kəsir

ain.az bildirir, Demokrat.az saytına əsaslanaraq.

Hamamda tez-tez təmizlik aparılsa da, borulardan gələn ağır qoxu bir neçə saat ərzində yenidən yayılaraq evin havasını korlaya bilər. Ustalar bildirir ki, əsas səbəb boruların içində yığılan saç, sabun qalıqları və yağ təbəqəsidir. Zaman keçdikcə bu qalıqlar bakteriya toplayır və xoşagəlməz iy yaranır.Demokrat.az xəbər verir ki, problemi aradan qaldırmaq üçün sadə üsul tövsiyə olunur. Borunun girişinə yarım stəkan karbonat tökülür, üzərinə bir stəkan ağ sirkə əlavə edilir. Qarışıq köpükləndikcə borudakı çöküntüləri yumşaldır və parçalayır. Təxminən 20 dəqiqə sonra həmin hissəyə bir litr qaynar su tökmək kifayətdir. Qaynar su qalıqları yuyub aparır və borunun daxili hissəsini təmizləyir.Daha uzunmüddətli effekt üçün bu üsulu yalnız qoxu yarananda deyil, həftədə bir dəfə profilaktik qaydada tətbiq etmək məsləhət görülür. Hamamda xoş ətir qalması üçün sonda boruya bir neçə damcı limon və ya nanə yağı əlavə etmək olar. Duş kabinasında yaranan ərp ləkələrini təmizləmək üçün isə limon şirəsi effektiv vasitə sayılır, mineral çöküntüləri qısa vaxtda əridir.İsmayıl

Demokrat.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
20
demokrat.az

1Mənbələr