AZ

ABŞ Sakit okeanda narkotik daşıyan gəmiyə zərbə endirib

ABŞ cümə günü Sakit okeanın şərq hissəsində narkotacirlərə məxsus gəmiyə zərbə endirib.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Silahlı Qüvvələrinin Cənub Komandanlığı "X" sosial şəbəkəsində məlumat yayıb.

"Kəşfiyyat təsdiqləyib ki, gəmi Sakit okeanın şərq hissəsində narkotiklərin məlum qaçaqmalçılıq marşrutları ilə hərəkət edib və narkotrafik üçün istifadə olunub", - məlumatda bildirilib.

Zərbə nəticəsində üç nəfər zərərsizləşdirilib, ABŞ hərbçiləri arasında xəsarət alan olmayıb.

Seçilən
4
3
ikisahil.az

2Mənbələr