AZ

Ceyk Pol Entoni Coşua ilə döyüşdən sonra təkrar çənə əməliyyatı keçirib - FOTO

Amerikalı boksçu və blogger Ceyk Pol, ağır çəkidə keçmiş çempion Entoni Coşua ilə döyüşdə çənəsini sındırdığı üçün çənəsində əlavə əməliyyat keçirdiyini açıqlayıb.

İdman.Biz bildirir ki, Polun sözlərinə görə, ağırlaşmalar səbəbindən ikinci əməliyyata ehtiyac duyub.

“Yenidən çənə əməliyyatı etdirməli oldum. Məlum oldu ki, son iki ay ərzində özümə heç bir istirahət vermədiyim üçün vintlər və lövhələr boşalmağa başladı”, - deyə Pol sosial media səhifəsində yazıb.

Ötən ilin dekabr ayında Coşua Florida ştatının Mayami şəhərində Pol üzərində qeyri-mümkün qələbə qazandı. Britaniyalı rəqibini altıncı raundda nokaut etdi. Döyüşdən sonra Pol rentgen görüntüsünü çəkbi və çənəsinin iki yerdən sınıq olduğunu göstərdi. Daha sonra o, əməliyyatın uğurlu olduğunu elan etdi.

İdman.Biz
Seçilən
18
1
idman.biz

2Mənbələr