AZ

Ukrayna Rusiyanın "İsgəndər" və "Oreşnik" raketləri üçün mühərrik buraxan zavodunu vurdu...

Rusiya Federasiyasının Udmurtiya Respublikasında "İsgəndər" tipli raketləri və qitələrarası ballistik raketləri (xüsusən də "Oreçnik" raketi) üçün raket mühərrikləri istehsal edən Votkinsk Zavoduna  hücum edilib.
 
Moderator.az  Ukrayna mediasına istinadla xəbər verir ki, təsdiq tələb edən ilkin məlumata görə, Udmurtiyadakı zavoda zərbə Ukraynanın "Flamingo" raketlərindən istifadə edilməklə endirilib. "OSINT" analitikləri bu barədə 20 fevral axşamı məlumat veriblər.
 
"KiberBoroşno" layihəsi bildirir ki, "Flaminqo"lar Votkinsk zavodunun istehsal müəssisələrinə zərbə endirmiş ola bilər. Lakin hələlik rəsmi təsdiq yoxdur.
 
Analitiklər həmçinin yazır ki, Votkinsk zavodu Rusiya hərbi-sənaye kompleksində (HSK) əsas müəssisədir.
 
"Zavod ballistik raketlərin, xüsusən də "RS-24" YARS qitələrarası ballistik raketlərinin və "9K720 İsgəndər" taktiki raket sisteminin istehsalında ixtisaslaşıb. Əslində, o, Rusiya Federasiyasında strateji və operativ raket silahlarının əsas istehsalçılarından biridir", - deyə bəyanatda bildirilir.
 
"OSINT" analitiklərinin fikrincə, zavodun Rusiya üçün əhəmiyyəti o qədər böyükdür ki, ətrafında xəndəklər və perimetr qazılıb. Ukrayna sərhədindən hədəfə qədər olan məsafə təxminən 1500 kilometrdir.
 
Bu arada, "Flamingo" raketləri istehsal edən "Fire Point" şirkətinin həmtəsisçisi Denis Stillerman Udmurtiyada zavoda edilən "hücum" xəbərləri fonunda naməlum raket atışlarının videosunu yayımlayıb. O, videonun Rusiyadakı hərbi hədəflərə qarşı bugünkü atışlarını qeydə təsvir edib-etmədiyini dəqiqləşdirməyib.
 
Qeyd edilir ki, xəbər dərc olunduğu zaman zavoda "Flaminqo" raket hücumunun rəsmi təsdiqi olmayıb. Rusiya Müdafiə Nazirliyi də hücumlarla bağlı şərh verməyib.
 
S.Laçın
Seçilən
21
2
moderator.az

3Mənbələr