ain.az bildirir, sport24.az portalına istinadən.
"Real"ın keçmiş baş məşqçisi Zinəddin Zidan 2026-cı il dünya çempionatından sonra Fransa millisinin baş məşqçisi olacaq. O, Didye Deşamı əvəz edəcək. Sport24.az xəbər verir ki, bu barədə insayder Fabrisio Romano "X" sosial media platformasında paylaşım edib.
Mənbənin sözlərinə görə, 53 yaşlı fransız komandanın "sükanı arxasına" keçməyə razılıq verib. Hələlik heç bir rəsmi sənəd imzalanmasa da, tərəflər şifahi razılığa gəliblər.
Deşam ötən ilin yanvarında mundialdan sonra Fransa millisindən ayrılacağını açıqlayıb.
Qeyd edək ki, Zidan 2016-2018-ci və 2019-cu ildən 2021-ci ilə qədər "Real"ın baş məşqçisi olub. Madrid klubu fransalı mütəxəssisin rəhbərliyi altında iki dəfə İspaniya çempionluğu və ardıcıl üç dəfə Çempionlar Liqasını qazanıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.