Bakı, 21 fevral, AZƏRTAC
2025-ci ilin 4-cü rübündə ABŞ iqtisadiyyatında geriləmə proqnozdan çox olub.
AZƏRTAC xəbər verir ki, bu barədə Ticarət Departamentinin məlumatında bildirilir. Üçüncü rübdə ÜDM-in artımı 4,4 faiz olduğu halda, növbəti rübdə cəmi 1,4 faiz olub. Halbuki, iqtisadçılar 3 faizlik artım gözləyirdilər.
Zəif iqtisadi nəticənin səbəbi kimi şatdaun göstərilir.