AZ

ABŞ səfiri: İsrail demək olar ki, bütün Yaxın Şərqə iddia edə bilər

BAKI, 21 fevral. TELEQRAF

ABŞ-nin İsraildəki səfiri Mayk Həkəbi Bibliyaya əsasən İsrailin demək olar ki, bütün Yaxın Şərq ərazisinə iddia edə biləcəyini hesab edir.

Teleqraf xəbər verir ki, amerikalı jurnalist Taker Karlson diplomatdan “Yaradılış” kitabının 15-ci fəslini şərh etməsini xahiş edib. Həmin fəsildə Tanrının İbrahimin nəslinə Nil çayından Fərat çayına qədər olan torpaqları bəxş etdiyi qeyd olunur. Karlson Həkəbiyə bu fikrin onun düşüncəsinə görə İsrailin faktiki olaraq bütün Yaxın Şərqə haqqı olduğu anlamına gəlib-gəlmədiyini soruşub.

Mayk Həkəbi isə suala cavab olaraq “Yaxşı olardı ki, onlar bütün bunları götürsünlər” deyib.

Məlumata görə, Taker Karlson daha əvvəl Britaniyanın “Daily Mail” qəzetinə İsraildən uçarkən dindirildiyini bildirib. O, fevralın 18-də Həkəbi ilə müsahibə yazmaq üçün bu ölkəyə səfər edib.

Seçilən
21
teleqraf.com

1Mənbələr