AZ

ABŞ kamikadze dronların kütləvi istehsalı üçün sınaqlara başlayıb

Apa.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

ABŞ Müdafiə Nazirliyi 25 özəl şirkət tərəfindən təqdim edilmiş kamikadze tipli pilotsuz uçuş aparatlarının prototiplərinin sınaqlarına başlayıb.APA xəbər verir ki, bu barədə "Axios" portalı məlumat yayıb.

Məlumata görə, sınaqlar ABŞ-ın Corciya ştatında yerləşən Fort Benninq quru qoşunları bazasında keçirilir.

Sınaqlar martın əvvəlinədək davam edəcək. Bu müddət ərzində kiçik və nisbətən ucuz dronlar, eləcə də onların istehsalçıları ciddi yoxlamadan keçiriləcək.Qeyd olunur ki, ABŞ Ukraynadakı müharibədən çıxarılan nəticələri nəzərə almağa çalışır.

Sınaqların yekununda qalib şirkətə prototiplərin tədarükü üçün 150 milyon dollar məbləğində sifariş veriləcək.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
18
1
apa.az

2Mənbələr