Avropa Liqasının 1/8 final mərhələsinin ilk oyununda “Fənərbaxça” doğma meydanda “Nottingem Forest”ə 0:3 hesabı ilə məğlub olub.
Sportinfo.az xəbər verir ki, Şükrü Saracoğlu stadionunda keçirilən qarşılaşma “sarı-lacivərdlilər” üçün gözlənilməz nəticə ilə başa çatıb.
Qonaq komandanın qollarını 21-ci dəqiqədə Murillo, 43-cü dəqiqədə İqor Jesus və 50-ci dəqiqədə Morqan Gibbs-Uayt vurub.
Bu matç həm də “Fənərbaxça”nın sabiq baş məşqçisi Vitor Pereyranın “Nottingem Forest”in sükanı arxasında Kadıköydə rəqib qismində ilk çıxışı ilə yadda qalıb.
Cütün qalibi növbəti mərhələdə “Midtyulland” (Danimarka) – “Real Betis” (İspaniya) cütünün qalibi ilə qarşılaşacaq.