AZ

Əliyar Ağayev 1 qırmızı, 2 sarı vərəqə göstərdi, “Lex” qazandı

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev ötən gecə Konfrans Liqasının pley-off mərhələsinin ilk oyunları çərşivəsində KuPS (Finlandiya) – "Lex" (Polşa) qarşılaşmasını idarə edib.

Sportinfo.az xəbər verir ki, matçda qonaqlar 2:0 hesablı qələbə qazanıblar.

Ə. Ağayev oyun ərzində 3 dəfə əlini cibinə aparmalı olub. O, görüşün 12-ci dəqiqəsində meydan sahiblərinin futbolçusu Joslyn Luyeye-Lutumbaya birbaşa qrımızı vərəqə verərək meydandan kənarlaşdırıb.

Əliyar 88-ci dəqiqədə hər iki komandanın bir üzvünə sarı vərəqə də göstərib.

Seçilən
22
sportinfo.az

1Mənbələr