"Barselona" və PSJ-nin keçmiş hücumçusu, hazırda Braziliya "Santos"unda oynayan Neymar gələcəyi ilə bağlı danışıb.
Bizim.Media xəbər verir ki, 34 yaşlı futbolçu bu ilin sonunda karyerasını başa vura biləcəyini istisna etməyib:
"Məni hələ nə gözlədiyini bilmirəm. Dekabr ayında futbolçu karyeramla vidalaşa biləcəyimi istisna etmirəm. Bu gün üçün yaşayıram. 2026-cı il həm Braziliya millisi, həm "Santos" həm də mənim üçün həlledici olacaq".
Neymar və "Santos" arasındakı hazırkı müqavilə bu ilin dekabr ayının sonuna qədərdir.
Əlavə edək ki, Braziliya milli komandası 2026-cı ilin yayında dünya çempionatında mübarizə aparacaq.
Bizim.Media
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta