Bakı. Trend:
Basketbol üzrə Azərbaycan Kubokunda yarımfinal oyunları baştutub.
Trend xəbər verirki, ilk yarımfinal görüşündə Sabah Ordu üzərində 83:66 hesabı iləqalib gələrək klub tarixində ilk dəfə kubok finalına yüksəlib.
Günün ikinci yarımfinal oyununda isə Gəncə Şəki üzərində 97:71hesablı qələbə qazanaraq ardıcıl ikinci mövsümdə finala çıxıb.
“Sabah” və “Gəncə” komandaları arasında final oyunu 22 fevralsaat 17:00-da Bakı İdman Sarayında keçiriləcək.