AZ

Parisdə bomba xəbərdarlıqları səbəbindən bir neçə binadan insanlar təxliyə edilib

Paris polisi paytaxtda partlayıcı qurğular barədə daxil olan məlumatlardan sonra bir neçə binada təxliyə həyata keçirib.

APA xəbər verir ki, bu barədə BFMTV telekanalı hüquq-mühafizə orqanlarındakı mənbəyə istinadən məlumat yayıb.

Məlumata görə, təxliyə edilən obyektlər arasında müşahidə meydançası olan Monparnas qülləsi və Siyasi Araşdırmalar İnstitutunun binaları da var.

Telekanal qeyd edir ki, bomba ilə bağlı məlumatlardan biri Eyfel qülləsinə aid olub. Lakin polis qüllənin ziyarətçilərini təxliyə etməyib.

Seçilən
24
4
apa.az

5Mənbələr