Rusiyanın Omsk şəhərində iki bacı arasında yaranan mübahisə qanlı hadisə ilə nəticələnib. Məlumata görə, 55 və 53 yaşlı bacılar film izləyərkən mübahisə ediblər.
Ölkə.az xəbər verir ki, tərəflər arasında yaranan mübahisə zamanı böyük bacı kiçik bacını ələ salaraq onun heç kimi bıçaqlaya bilməyəcəyini deyib. Qadınların hadisə zamanı spirtli içki qəbul etdikləri bildirilir.
Yerli polis orqanlarının açıqlamasına əsasən, kiçik bacı çox düşünmədən bıçağı götürərək bacısının qarın nahiyəsinə zərbə endirib.
Hadisə nəticəsində zərərçəkən xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır, hüquqi qiymət verilməsi gözlənilir.(musavat)