Türkiyə Superliqasında 23-cü tura start verilib.
QOL.az xəbər verir ki, turun açılış oyununda “Rizespor” öz meydanında “Kocaelispor”u qəbul edib. Matç meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb.
“Rizespor” - “Kocaelispor” - 2:0
Qollar: Mihalla, 13, Akaydın, 57
Bu qələbə sayəsində xallarının sayını 24-ə çatdıran “Rizespor” turnir cədvəlində 11-ci pilləyə yüksəlib. “Kocaelispor” isə 30 xalla 8-ci yerdə qərarlaşıb.