“Real Madrid”in mərkəz müdafiəçisi Din Heysen sağ baldırından zədə aldığı üçün beş-yeddi gün oynaya bilməyəcək.
İdman.Biz bildirir ki, klub daha əvvəl Heysenin zədəsi barədə rəsmi məlumat yayıb.
Jurnalist Melxor Ruizin X sosial media səhifəsində verdiyi məlumata görə, o, 21 fevral şənbə günü La Liqanın 25-ci turunda “Osasuna” ilə keçiriləcək matçda iştirak edə bilməyəcək.
Heysen bu mövsüm bütün turnirlərdə 27 oyunda meydana çıxıb, bir qol vurub və iki məhsuldar ötürmə edib. Onun klubla hazırkı müqaviləsi 2030-cu ilin yayına qədərdir. Transfermarkt-dakı məlumata görə, onun bazar dəyəri 70 milyon avrodur.