AZ

7 professor elmi şuradan niyə uzaqlaşdırıldı?

Səhiyyə Nazirliyi yanında fəaliyyət göstərən Akademik Mustafa Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində 7 professorun heç bir səbəb və xəbərdarlıq olmadan elmi şuranın tərkibindən çıxarıldığı bildirilir.

Publika.az xəbər verir ki, professorların sözlərinə görə, qərar onlara əvvəlcədən xəbərdarlıq edilmədən və səsvermə keçirilmədən elan olunub.

Mərkəzdə uzun illər fəaliyyət göstərən ümumi cərrah, professor Qurbanxan Müslümov iddia edir ki, onlara bu qərarın birbaşa olaraq səhiyyə nazirliyinin tapşırığı olduğu deyilib:

“Hazırda dünyanın 12 universitetinin fəxri professoruyam, dünyanın cərrahiyə üzrə ən böyük cəmiyyətlərindən biri Asiya Cərrahlar Cəmiyyətidir və mən o cəmiyyətinin idarə heyətinin üzvüyəm. Amma 30 il çalışdığım bir univesitetin elmi şurasından heç bir izahat verilmədən 7 professor xaric edilib”.

Professorun sözlərinə görə, elmi şuranın üzvləri əsasnaməyə uyğun olaraq səsvermə yolu ilə seçilib eyni qaydada da çıxarılmalıdır. Bu prosedura da əməl edilməyib.

Seçilən
11
9
publika.az

10Mənbələr