AZ

“Sumqayıt” – “Qəbələ” oyununda heç-heçə

Misli Premyer Liqasında 21-ci turun oyunları keçirilir. Bizim.Media xəbər verir ki, ilk oyun gününün sonuncu görüşündə “Sumqayıt” doğma meydanda “Qəbələ” ilə üz-üzə gəlib.
Görüşün baş hakimi Fərid Hacıyev olub. Tərəflər meydanı qol vurmadan tərk ediblər.

Bu turun “Neftçi” – “Qarabağ” matçı təxirə salınıb. “Karvan” – “Araz-Naxçıvan” matçı 21 fevralda, “İmişli” – “Şamaxı” və “Sabah” – “Kəpəz” oyunları 22 fevralda keçiriləcək. “Turan Tovuz” isə “Zirə”yə 2:0 hesabıyla qalib gəlib.

Misli Premyer Liqası

21-ci tur

20 fevral

“Sumqayıt” – “Qəbələ” 0:0

Hakimlər: Fərid Hacıyev, Rəhman İmami, Tərlan Talıbzadə, İslam Məmmədov.


Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu, 19:30.

Sumqayıt: 1. Mehdi Cənnətov (k), 7. Rüstəm Əhmədzadə, 19. Roi Kehat, 72. Rayan Senhadji, 6. Sedrik Badolo, 33. Danilo Beskorovaynı, 23. Ronaldo Vaskes, 71. Masaki Murata, 80. Keffel Resende, 11. Aleksa Yankoviç, 25. Abdul Raşid Mumini.

Ehtiyat oyunçular: 22. Xəyal Fərzullayev, 12. Murad Ağamalıyev, 3. Höccət Haqverdi, 29. Emil Mustafayev, 8. Səbuhi Abdullazadə, 24. Sənan Muradlı, 75. Nadir Orucov, 37. Nihad Orucəli, 97. Vüsal Paşayev, 10. Nikola Ninkoviç, 95. Nsana Simon.

Baş məşqçi: Saşa İliç.

Qəbələ: 93. Rza Cəfərov, 7. Turan Manafov, 13. Nicat Əliyev (k), 24. İsmael Akinade, 33. Seydina Keyta, 50. Adriel Ba Lua, 3. Eduardo Kunde, 6. Xayme Syerra, 8. Sambu Sissoko, 16. İsaak Amoa, 30. Prins Ovusu.

Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 11. Asif Məmmədov, 28. Murad Musayev, 22. Fərid İsgəndərov, 74. Süleyman Damadayev, 66. Nuğay Rəşidov, 10. Şahin Şahniyarov, 27. Eşqin Əhmədov, 21. Ziya Şəkərxanov, 12. İbrahim Sanqare, 14. Domi Massumo, 70. Paulo Kimbila
Baş məşqçi: Kaxaber Sxadadze.

Rəşad Rafiqoğlu, Bizim.Media

Seçilən
24
bizim.media

1Mənbələr