AZ

10 ildir “forma 86” arayışını bilmirdi – ŞİKAYƏT – VİDEO

10 ildir eyni xəstəxanadan sağlamlıq arayışı alan vətəndaş bu il bütün prosedur qaydalarına əməl edib müayinədən keçsə də, forma 86 adlı arayışı ala bimədiyini iddia edir…

NOCOMMENT.az xəbər verir ki, qaynar xəttə müraciət edən paytaxtın Xəzər rayon Binə qəsəbə sakini Zaur Əkbərov deyir ki, həyat yoldaşı Familə Rzayeva ilə birgə tələb olunan arayışı almaq məqsədi ilə həmin ərazidə yerləşən 4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına yaxınlaşıb. Bütün müayinələrdən keçsə də, tibbi arayışına imza atılmayıb. Onlara bildirilib ki, sənədi Naxçıvandan almalıdırlar:

Şikayətçi deyir ki, ailə bununla bağlı xəstəxananın baş həkimi Cəlladdin Həmidova müraciət etsə də, problemin həllinə o, da kömək edə bilməyib:

4 nömrəli Birləşmiş Şəhər Xəstəxanasına üz rtutan digər vətəndaşlar da arayış almaqda çətinlik çəkdiklərini bildirdilər.

Vətəndaşların səsləndirdikləri iddialara xəstəxananın baş həkimi Cəlaləddin Həmidov aydınlıq gətirməkdən imtina etdi.

Bakı Baş Səhiyyə Mərkəzindən isə sorğumuza cavab olaraq bildirildi ki, vətəndaşın şikayəti aradan qaldırılıb, o, artıq müvafiq arayışla təmin olunub.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.

Seçilən
17
2
nocomment.az

3Mənbələr