AZ

Tramp məhv ediləcək! General

ain.az, GlobalInfo portalına istinadən məlumat yayır.

İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) rəsmisi ABŞ-ın keçmiş prezidenti barədə sərt açıqlama ilə çıxış edib.

Globalinfo.az xəbər verir ki, bunu SEPAH komandanının siyasi məsələlər üzrə müavini, general Yadullah Cavani bildirib. İslam Respublikasının yaranmasından bəri ABŞ siyasəti İranın “devrilməsinə” yönəlib.

Onun sözlərinə görə, aradan qaldırıla və məhv edilə biləcək olan şəxs xəyalpərəst Trampdır.

Cavani əlavə edib ki, Amerikanın məğlubiyyətinin əsas səbəbi “İslam Respublikasının xalqəsaslı olması” və “hakimiyyətin cəmiyyətlə bağlılığı”dır.

Qeyd edək ki, bu açıqlama regionda gərginliyin davam etdiyi bir vaxtda səsləndirilib.

Tahir Turan

Globalinfo.az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
globalinfo.az

1Mənbələr