AZ

ABŞ Ali Məhkəməsi Trampın "fövqəladə vəziyyət" tariflərini qanunsuz hesab etdi

ABŞ Ali Məhkəməsi Trampın "fövqəladə vəziyyət" tariflərini qanunsuz hesab etdi

ABŞ Ali Məhkəməsi Prezident Donald Tramp tərəfindən tətbiq edilən tariflərin əsaslandığı Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktının (IEEPA) Prezidentə tarif təyin etmək səlahiyyəti vermədiyi barədə qərar çıxarıb.

AFN.az-ın məlumatına görə, məhkəmənin sözügedən qərarı 3-ə qarşı 6 səslə qəbul edilib. Qərar mətnində ABŞ Konstitusiyasının müvafiq maddəsinə istinad edilərək vergi və gömrük rüsumu təyin etmək səlahiyyətinin Konqresə məxsus olduğu vurğulanıb.

Qərarın əsaslandırmasında bildirilir ki, hökumət IEEPA-nı Prezidentə birtərəfli qaydada məhdudiyyətsiz gömrük rüsumları tətbiq etmək və onları istədiyi kimi dəyişmək səlahiyyəti verən bir qanun kimi şərh edib. Lakin qanunun yarıməsrlik tarixində heç bir Prezident bu ölçü və miqyasda tariflər bir yana qalsın, hər hansı bir gömrük rüsumu tətbiq etmək üçün belə bu qanundan istifadə etməyib.

Qərarda qanunda yer alan "idxalı tənzimləmək" ifadəsinin Konqresin "vergi qoymaq" səlahiyyətini əhatə etmədiyi, böyük iqtisadi və siyasi təsiri olan "son dərəcə mühüm" bir səlahiyyət ötürülməsinin Konqres tərəfindən qeyri-müəyyən dildən istifadə edilərək edilə bilməyəcəyi qeyd olunub.

IEEPA-nın Prezidentə təhqiqat aparmaq, mane olmaq, qadağan etmək kimi müxtəlif məsələlərdə idxalı tənzimləmək səlahiyyəti verdiyi bildirilən qərarda, bu uzun xüsusi səlahiyyətlər siyahısında gömrük rüsumları və ya vergilərdən heç bəhs edilmədiyi diqqətə çatdırılıb.

Seçilən
11
afn.az

1Mənbələr