Demokrat.az saytından verilən məlumata görə, ain.az xəbər verir.
Çin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyi yol hərəkəti təhlükəsizliyini artırmaq məqsədilə avtomobil standartlarında ciddi dəyişikliklər edib. 2027-ci il yanvarın 1-dən qüvvəyə minəcək yeni qaydalara əsasən, sükan və qapı tutacaqlarının dizaynında məcburi dəyişikliklər tətbiq olunacaq.Demokrat.az-ın məlumatına görə tədqiqatlar göstərir ki, sürücü xəsarətlərinin 46 faizi yarım dairəvi sükan mexanizmlərindən qaynaqlanır. Bu səbəbdən yeni reqlament belə sükanların istifadəsini qadağan edərək ənənəvi dairəvi formaya qayıdışı tələb edir. Dairəvi sükanlar qəza zamanı zərbəni daha geniş sahəyə yayaraq ağır xəsarət riskini azaldır.Digər bir qadağa isə müasir avtomobillərdə populyarlaşan gömülmüş qapı tutacaqları ilə bağlıdır. Qəza zamanı avtomobilin elektrik sistemi sıradan çıxdıqda bu cür qapıları kənardan açmaq çətinləşir və bu, təxliyə prosesinə mane olur. Təhlükəsizlik mütəxəssisləri bu riskin qarşısını almaq üçün mexaniki tutacaqların vacibliyini vurğulayırlar.Texnoloji yeniliklər bununla bitmir. 2026-cı ildən etibarən avtomobillərdə yüz illik hidravlik əyləc sistemi yerini tam rəqəmsal texnologiyaya buraxmağa başlayır. "Elektron Mexaniki Əyləc" sistemi sayəsində hidravlik borular və mayelər tarixə qovuşur. Yeni sistem əyləc məsafəsini qısaltmaqla yanaşı, avtonom idarəetmə üçün daha həssas infrastruktur yaradır.Qeyd edək ki, bu qaydalar hələlik yalnız Çin bazarında istehsal olunan və satılan yeni nəqliyyat vasitələrinə şamil edilir.Həmçinin oxu:
Martda 17 gün iş olmayacaq — Maaşlar belə hesablanacaq
Bu kənddə iftar vaxtı evdə yemək bişirmək qadağan edildi
'O ailə məhz Ofelya Şabanovaya görə dağılmışdı'İslam
Demokrat.az
Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.