Rusiya ordusunun döyüş meydanındakı üstünlüyü ABŞ-nin rəsmi qurumları tərəfindən ifadə edilib.Metbuat.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamenti, Müdafiə Nazirliyi və ABŞ Beynəlxalq İnkişaf Agentliyinin müfəttişləri tərəfindən ABŞ Konqresinə təqdim edilən hesabatda qeyd edilib. Hesabatda, Rusiyanın Ukrayna ordusuna qarşı üstünlük qazandığı bildirilir. Pentaqonun veb saytında dərc olunan sənəddə Ukraynanın Rusiya qüvvələrinin hücumlarını dayandıra bilmədiyi vurğulanıb. Həmçinin qeyd olunub ki, Ukrayna ordusu ciddi şəkildə tükənib və əsgərlər Rusiya qüvvələrinin taktiki hücumlarına kifayət qədər hazır deyillər. Pentaqon Kəşfiyyat İdarəsinə istinadən verilən sənəddə Ukrayna bölmələrinin avadanlıq problemləri olduğu bildirilir. Həmçinin bildirilir ki, Ukraynanın hava hücumundan müdafiə sistemləri əsasən beynəlxalq təchizatdan asılıdır.