AZ

Rusiya və Qazaxıstan birgə hərbi təlim keçir



Qazaxıstan Müdafiə Nazirliyi Rusiya ilə birlikdə planlaşdırılmış hava hücumundan müdafiə təlimi keçirir.

Newscenter.az TASS-a istinadən bildirir ki, bu barədə Qazaxıstan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat verib. Bildirilib ki, təlimlər 20 fevral - 10 mart tarixlərini əhatə edəcək.

"Qazaxıstan Respublikası və Rusiya Federasiyasının Vahid Regional Hava Hücumundan Müdafiə Sistemi üzrə birgə fəaliyyət planına uyğun olaraq, 20 fevral - 10 mart 2026-cı il tarixlərində planlaşdırılmış hava hücumundan müdafiə təlimi keçiriləcək. Təlim zamanı hava hədəflərini aşkar etmək və izləmək, hava məkanını pozan təyyarələri ələ keçirmək və onları təyin olunmuş aerodromlara enməyə məcbur etmək tapşırıqları yerinə yetiriləcək", - deyə açıqlamada bildirilir.

Anar
Seçilən
15
1
newscenter.az

2Mənbələr